Azərbaycan bankı öz rəqəmsal brendinin əhatə dairəsini genişləndirəcək
- 19 dekabr, 2024
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il "Kapital Bank" ASC ona məxsus "Birbank" rəqəmsal bank brendinin əhatə dairəsini bir qədər də genişləndirəcək.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib.
"Gələn ildən daha çox məhsulu "Birbank" brendi altında görəcəksiniz. Amma bu o demək deyil ki, "Kapital Bank" brendi yox olacaq. Onu daha çox maliyyə institutu kimi və yaxud rəsmi sənədlərdə görəcəksiniz. Müştəri yönümlü strategiyamıza uyğun olaraq biz daha çox "Birbank" olacağıq", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, hazırda "Kapital Bank" müştəri təcrübəsinin öyrənilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb: "Bizim üçün əsas məsələ müştəri məmnuniyyətini ən yüksək səviyyə çatdırmaqdır".