​"Azər-Türk Bank"da kadr dəyişikliyi olub

Maliyyə
  • 28 iyun, 2016
  • 09:24
​Azər-Türk Bankda kadr dəyişikliyi olub

Bakı. 28 iyun. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-də yeni təyinat olub. "Report" xəbər verir ki, Bankın İnformasiya texnologiyaları Departamentinə yeni direktor təyin edilib.

Bu vəzifəyə Həmzə Nağıyev təyinat alıb. O, bu vəzifədə Zahid İsgəndərovu əvəz edib.