Azər Bayramov: "Yaşıl iqtisadiyyat"a keçid mühasibat uçotunda yeni yanaşmanın tətbiqini zəruri edir"

Azər Bayramov: "Yaşıl iqtisadiyyat"a keçid mühasibat uçotunda yeni yanaşmanın tətbiqini zəruri edir" "Yaşıl iqtisadiyyat"a keçid mühasibat uçotu və hesabatlılıq sahəsində yeni yanaşmanın tətbiqini zəruri edir.
Maliyyə
19 Sentyabr , 2024 11:23
Azər Bayramov: Yaşıl iqtisadiyyata keçid mühasibat uçotunda yeni yanaşmanın tətbiqini zəruri edir
Azər Bayramov

"Yaşıl iqtisadiyyat"a keçid mühasibat uçotu və hesabatlılıq sahəsində yeni yanaşmanın tətbiqini zəruri edir.

“Report” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.

"Dayanıqlı İnkişaf Standartları Şurası 26 iyul 2023-cü ildə dayanıqlı inkişaf və iqlimlə bağlı məlumatların açıqlanmasına dair 2 standart dərc edib. Həmin standartlarla dayanıqlı inkişaf və iqlimə dair risklərin, imkanların müəyyən edilməsi, ölçülməsi və açıqlanması ilə bağlı tələblər müəyyən edilb ki, bu da ümumi dayanıqlılıqla bağlı maliyyə hesabatların açıqlanmasına yardımçı olub. Bu standartlar ölkənin strateji inkişafını və modernləşməsini, eləcə də davamlı inkişaf məqsədlərinə və milli prioritetlərə çatılmasını qiymətləndirməkdə yardımçı olacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi