Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir Hazırda bütün dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması və eyni zamanda onlara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət
Maliyyə
19 Sentyabr , 2024 10:53
Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

Bakıda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” işə başlayıb.

"Report"un məlumatına görə, 3 gün davam edəcək tədbir "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Forumda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asmaa Resmouki, eləcə də Avropa və Asiya ölkələrinin peşəkar maliyyə qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər, eləcə də Azərbaycanın nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai qurumlarının nümayəndələri, ölkədə maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 400 nəfərə yaxın mütəxəssis iştirak edir.

Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Əməkdaşlıq Memorandumlarının imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi