Bu vəsaitlər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər), habelə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər) üzrə ayrılıb.
Aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı məlumatlar Milli Məclisə göndərilib.
Eyni zamanda, kollegiyada Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilərək təsdiq olunub.