Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər

Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər.
Maliyyə
13 İyul , 2021 10:41
Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər

Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marqarita Delqado məlumat verib.

Onun sözlərinə görə, ECB bankları yumşaq dividend siyasəti yürütməyə təşviq edəcək: “Əgər bunu qəbul etməsələr, daha yüksək kapital və ya keyfiyyət tədbirləri ilə bankların dividend ödənişlərini məhdudlaşdıra bilərik”.

Xatırladaq ki, tənzimləyici qurum avrozona banklarına bu il sentyabrın 30-na qədər səhmdarlarına dividend ödəməməyi və yaxud bu ödənişləri məhdudlaşdırmağı, səhmləri geri satın almağə tövsiyə edib. Bununla belə, kifayət qədər kapitala malik banklar 2019-2020-ci illərdəki bölüşdürülməmiş mənfəətlərinin bir hissəsindən dividend ödəyə bilər.

Son xəbərlər

Orphus sistemi