Auditorlar Palatasında daha bir təyinat olub

Maliyyə
  • 17 oktyabr, 2022
  • 12:54
Auditorlar Palatasında daha bir təyinat olub

Auditorlar Palatasının Keyfiyyətin idarə edilməsi şöbəsinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifə Firəngiz Axundovaya həvalə edilib.

O, buna qədər Palatanın Auditin Hüquqi Tənzimlənməsi və Dövlət Orqanları ilə İş İdarəsinin rəis müavini olub.

Xatırladaq ki, bundan əvvəl qurumun Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinə rəhbər təyin edilmişdi.

Firəngiz Axundova

Son xəbərlər

Bütün Xəbər Lenti