"Atabank" müştərilərini plastik kart daşımaqdan azad edib

Maliyyə
  • 17 may, 2018
  • 07:32
Atabank müştərilərini plastik kart daşımaqdan azad edib

Bakı. 17 may. REPORT.AZ/ "AtaBank" ASC "AtaNet" mobil əlavəsi ilə yanaşı "Virtual kart"l müştərilərinə təqdim edib. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bankın İdarə Heyəti sədrinin I müavini Etibar Babaşlı deyib.

Onun fikrincə, yaxın gələcəkdə "AtaBank"ın müştəriləri plastik kartları daşımayacaq: "Son texnologiyalardan istfadə edirik və yaxın gələcəkdə "QR Code"dan vasitəsilə plastik kartda olan vəsaitləri idarə etmək olacaq".

Bank rəsmisi 24 minə yaxın aktiv plastik kartlarının olduğunu da deyib. Bundan başqa, onun sözlərinə görə, hazırda "AtaBank"ın 78 mini fiziki, 8 mini isə hüquqi şəxs aktiv müştəriləri var: "AtaNet" vasitəsi ilə müştərilərimizin 80%-ni əhatə etməyi düşünürük. Hesab edirəm ki, bu xidmət müştəri bazamızın 20-25% artmasına səbəb olacaq".