ASA Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi ilə memorandum imzalayıb

ASA Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi ilə memorandum imzalayıb ​​​​​​​Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi arasında memorandum imzalanıb
Maliyyə
26 Noyabr , 2024 14:44
ASA Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi ilə memorandum imzalayıb

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi arasında memorandum imzalanıb.

Bu barədə "Report"a "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.

Memoranduma əsasən, tərəflər arasında kadr, təcrübə və məlumat mübadiləsi, yeni ortaq məhsul strategiyalarının formalaşdırılması, iki ölkə arasında təkrarsığorta əlaqələrinin qurulması yönündə əməkdaşlıq istiqamətləri müəyyən olunub.

Bildirilir ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində əməkdaşlıq qurulub.

Bu əməkdaşlıq istiqamətləri arasında, Türk Dünyası Sığorta Birliyinin (TDSB) Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasının təşkilatçılığında TDSB-də müşahidəçi təşkilat olan Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin iştirakı da yer alıb.

Qeyd edək ki, bununla da ASA-nın təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycanın sığorta sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı 9-a çatıb.

Son xəbərlər

Orphus sistemi