ARDNF Serbiyaya 73 milyon dollara yaxın investisiya qoyub
Maliyyə
- 23 oktyabr, 2025
- 17:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Serbiyaya 72,7 milyon ABŞ dolları həcmində investisiya qoyub.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirilib.
ARDNF-nin Serbiyada olan investisiyalarının böyük hissəsi sabit gəlirli qiymətli kağızlara, müəyyən hissəsi isə özəl səhm alətlərinə yatırılıb.
Qeyd edək ki, 2025-ci ilin iyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyunun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.
Son xəbərlər
12:20
Azərbaycanda KOB-ların "yaşıl enerji" şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb
Energetika
12:19
Bu bank minimum 8,5 %-lə kredit təklif edir
Maliyyə
12:17
Zelenski: Hər ay "Patriot" üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur
Region
12:17
MDB məkanında tərəfdaşlıq maliyyəsi bazarı yenidən canlanma mərhələsinə keçir
Maliyyə
12:16
Elnur Əliyev: Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır
Elm və təhsil
12:16
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
Ekologiya
12:13
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
Futbol
12:10
Azərbaycan I yarımildə dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Maliyyə
12:08
DYP: Son dövrlər skuterlərlə yol hərəkəti qaydalarının pozulması halları artır
Daxili siyasət