"Anglo-Asian Mining Plc."in kiçik səhmdarı şirkətdəki payını artırıb
- 23 noyabr, 2021
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin kiçik səhmdarı Con Monhemius kommersiya qurumundakı payını artırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, bunun üçün hər birinin nominal dəyəri 1 pens olan 25 000 adi səhmi 1,129 pensdən alıb və payını 366 890 səhmə çatdırıb.
C.Monhemius şirkətin nizamnamə kapitalındakı payı 0,3%-dən 0,32%-ə çatıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.