"Anglo-Asian Mining" Azərbaycan banklarına kredit borcunu açıqlayıb
- 17 yanvar, 2017
- 14:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu 2016-cı III rübünün yekunu ilə müqayisədə 6,9% azalaraq ilin sonuna 35,1 mln. dollar təşkil edib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu müddətdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc 21,95% azalaraq 6,4 mln. dollar olub. Bankın şirkətə şirkətə açdığı 0,5 mln. dollarlıq kredit xətti isə dəyişməz qalıb.
4-cü rübdə "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu 22,2% azalaraq dekabrın 31-nə 0,7 mln. dollara enib. Şirkətin "Paşa Bank" ASC-yə borcu isə 40,48% artaraq ilin sonunda 5,9 mln. dollara çatıb.
2016-cı ilin son 3 ayında "Kapitalbank" ASC də şirkətə kredit verib və ilin sonuna bu rəqəm 1 mln. dollar təşkil edib.
Ümumilikdə 2016-cı ilin sonuna şirkətin borcu aşağıdakı şəkildə olub:
| Kreditorlar | Borc (mln. dollar) |
| Kapital Bank | 1,0 |
| Amsterdam Trade Bank - Agitation plant loan | 17,3 |
| International Bank of Azerbaijan - loan | 6,4 |
| International Bank of Azerbaijan - credit line | 0,5 |
| Atlas Copco equipment finance loan | 0,8 |
| YapiKredi | 0,7 |
| Pasha Bank | 5,9 |
| Director | 3,9 |
| Total Loans | 36,5 |
| Cash on hand and at bank | (1,4) |
| Net debt | 35,1 |
Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.