AMB-nin daha 50 mln. manatlıq not emissiyası qeydiyyatına alınıb

Maliyyə
  • 30 mart, 2017
  • 08:40
AMB-nin daha 50 mln. manatlıq not emissiyası qeydiyyatına alınıb

Bakı. 30 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının daha bir qısamüddətli notlarının buraxılışının emissiya prospektini dövlət qeydiyyatına (50100456S) alıb.

"Report" Palataya istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notların buraxılışı nəzərdə tutulur. 

Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, notların tədavül müddəti isə 28 gündür.

44 filmi