AMB: "Bank sektorunda təmərküzləşmə aşağı və orta həddin sərhədindədir"

AMB: "Bank sektorunda təmərküzləşmə aşağı və orta həddin sərhədindədir" Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.
Maliyyə
17 İyun , 2022 10:14
AMB: Bank sektorunda təmərküzləşmə aşağı və orta həddin sərhədindədir

Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi-2021" hesabatında bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan "Herfindahl-Hirschman İndeksi" (HHİ) bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1017, 1741 və 1567 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir.

Qeyd edək ki, son 3 ildə sektorda təmərküzləşmənin artımı müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi