Aİ ilə ABŞ arasında aviadaşımalarda gömrük vergiləri dayandırıldı

Aİ ilə ABŞ arasında aviadaşımalarda gömrük vergiləri dayandırıldı Avropada aviasiya sektoru 7 milyon iş yerinin ixtisar edilməsi riski ilə üzləşib
Maliyyə
6 Mart , 2021 11:02
Aİ  ilə ABŞ arasında aviadaşımalarda gömrük vergiləri dayandırıldı

Avropa İttifaqı (Aİ) və ABŞ təyyarə istehsalı sahəsində mövcud olan anlaşılmazlıqlarını həll ediblər.

“Report” "Bloomberg"a istinadən xəbər verir ki, tərəflər Boeing и Airbus təyyarə istehsalçılarına dair gömrük vergilərinin dondurulması ilə bağlı qərar qəbul ediblər.

Avropa İttifaqı və ABŞ təyyarə subsidiyası ilə bağlı 16 il davam edən mübahisəsinin nəticəsində milyardlarla dollarlıq ixracına tətbiq olunan tarifləri dayandırıblar.

Qərar Avropa İttifaqına ABŞ-dan 7,5 milyard ABŞ dolları dəyərində idxalına, ABŞ-a Avropa İttifaqından 4 milyard ABŞ dolları dəyərində məhsullarının idxalına aid ediləcək. Bu, pandemiyadan əziyyət çəkən aviasiya sənayesi sahəsindəki vəziyyəti müəyyən qədər yüngülləşdirəcək.

Xatırladaq ki, koronavirus pandemiyası bütün dünyada aviasiya sektoruna ciddi zərbə vurub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, Avropada aviasiya sektoru 7 milyon iş yerinin ixtisar edilməsi riski ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi