ADB: Dekarbonizasiya Azərbaycanın dövlət müəssisələrinin transformasiyasında mühüm rol oynaya bilər

ADB: Dekarbonizasiya Azərbaycanın dövlət müəssisələrinin transformasiyasında mühüm rol oynaya bilər Dekarbonizasiya strategiyaları və yol xəritələrinin hazırlanması Azərbaycanın dövlət müəssisələrinin transformasiyasında mühüm rol oynaya, ölkənin daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyata keçidinə kömək edə bilər.
Maliyyə
9 aprel 2025 10:37
ADB: Dekarbonizasiya Azərbaycanın dövlət müəssisələrinin transformasiyasında mühüm rol oynaya bilər

Dekarbonizasiya strategiyaları və yol xəritələrinin hazırlanması Azərbaycanın dövlət müəssisələrinin transformasiyasında mühüm rol oynaya, ölkənin daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyata keçidinə kömək edə bilər.

Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.

Bank bəyan edib ki, dövlət müəssisələri ölkə iqtisadiyyatında, xüsusilə neft-qaz sektorunda önəmli yer tutmağa davam edir. Lakin onların dominantlığı özəl sektorun yanacaq-enerji sektoru xaricində inkişafını ləngidır və özəl şirkətlərin qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyasına mane olur.

Bu problemlərin həlli üçün ADB korporativ idarəetmənin, menecmentin təkmilləşdirilməsi və korporativləşmə proseslərinə diqqət yetirməklə dövlət müəssisələrində islahatların davam etdirilməsini tövsiyə edir.

"Belə dəyişikliklər dövlət müəssisələrinə öz fəaliyyətlərini şaxələndirməyə, daha rəqabətqabiliyyətli olmağa və dövlət zəmanəti olmadan maliyyə vəsaiti cəlb etməyə imkan verəcək. Ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) sahələrində standartların tətbiqi, həmçinin dekarbonizasiya strategiyalarının işlənib hazırlanması "yaşıl iqtisadiyyat”a keçidə kömək edəcək", - hesabatda qeyd olunub.

Bundan başqa, bank yerli maliyyə institutlarının inkişafı vasitəsilə özəl sektorun dəstəklənməsinin vacibliyini vurğulayıb. Bura innovativ maliyyə alətləri və layihələrin maliyyələşdirilməsinin təmin edilməsi üçün onların potensialının gücləndirilməsi daxildir.

Həmçinin dövlət müəssisələri, startaplar, sənaye şirkətləri və elmi-tədqiqat institutları arasında əməkdaşlıq vasitəsilə innovativ ekosistemlərin formalaşdırılması zəruridir.

Son xəbərlər

Orphus sistemi