ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu kəskin artırıb

ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu kəskin artırıb Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 11,5% olacağını proqnzolaşdırır.
Maliyyə
21 Sentyabr , 2022 09:00
ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu kəskin artırıb

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 11,5 % olacağını proqnzolaşdırır.

“Report” xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Bank gələn il Azərbaycanda inflyasyia ilə bağlı proqnozunu da 1,7 faiz bəndi artıraraq 7 %-ə çatdırıb.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 11,5 % (2,7 faiz bəndi çox), gələn il isə 8,5 % (1,4 faiz bəndi çox) olacağını gözləyir.

“Bu ilin I yarısı ərzində əksər ölkələrdə gözləniləndən yüksək inflyasiya, 2022 və 2023-cü illərdə subregion üzrə proqnozlaşdırılan inflyasiyanın artırılmasına səbəb olub.

Qlobal əmtəə qiymətlərinin sürətlə artması və digər amillər, bütün Qafqaz və Mərkəzi Asiyada inflyasiya təzyiqlərini artırıb. Beləliklə, subregionda illik inflyasiya proqnozu 11,5 %-ə, 2023-cü il üçün isə 8,5 %-ə qaldırılıb.

Subregion iqtisadiyyatlarının əksəriyyətində bu ilin I yarısında  ikirəqəmli inflyasiya qeydə alınıb. Bu yenilənmə ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün proqnozlar artırılıb”, - hesabatında deyilir.

ADB bildirir ki, bu ilin 6 ayında Azərbaycanda inflyasiya 12,9 %-ə çatıb ki, bu da, ərzaq qiymətləri və kommunal xidmət tariflərinindəki artımı əks etdirir.

Son xəbərlər

Orphus sistemi