ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib

ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırır.
Maliyyə
20 Sentyabr , 2023 10:14
ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5 % olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6 % (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8 % (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.

***

“Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı çilovlamaq üçün yanvar-may aylarında uçot dərəcəsini 8,25 %-dən 9 %-ə qaldırıb. Bundan başqa, hökumət qiymətlərə nəzarət etmək, inflyasiyanı önləmək, qiymət sabitliyinə nail olmaq istiqamətində tövsiyələrin hazırlanması üçün işçi qrup yaradıb. Pul siyasətinin sərtləşdirilməsinə baxmayaraq inflyasiya təzyiqləri qalmaqdadır. Bu ilin 7 ayında illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 13 %-dən 12,2 %-ə, qlobal ərzaq qiymətlərinin azalmasının təsiri ilə isə ərzaq qiymətlərindəki artım 4,4 faiz bəndi azalaraq 18,7 %-dən 14,3 %-ə düşüb. Əvəzində digər mallar üzrə inflyasiya 7 %-dən 11 %-ə, xidmət sektoru üzrə inflyasiya isə 10,1 %-dən 10,4 %-ə çatıb. Bu irəliləyişlərin fonunda ADB 2023-2024-cü illər üçün inflyasiya proqnozlarını artırır", - deyə Bank bəyan edib.

Son xəbərlər

Orphus sistemi