ABŞ-da gələn il resesiya gözlənilir

ABŞ-da gələn il resesiya gözlənilir ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini artırmasından sonra 2023-cü ildə ölkədə resesiya baş verəcək.
Maliyyə
6 Aprel , 2022 13:01
ABŞ-da gələn il resesiya gözlənilir

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini artırmasından sonra 2023-cü ildə ölkədə resesiya baş verəcək.

“Report” xəbər verir ki, bu barədə “Deutsche Bank”ın “Over the Brink” (uçurum astanası) adlı hesabatında bildirilir.

Hesabat müəlliflərinin fikrincə, FED-in siyasətini daha da sərtləşdirməsi ABŞ iqtisadiyyatına 2023-cü ildə və 2024-cü ilin əvvəlində ciddi zərbə vuracaq: "FED qarşıdakı üç iclasının hər birində faiz dərəcəsini 0,5 faiz bəndi artıracaq və beləliklə, 2023-cü ilin ortalarında 3,5 faizdən artıq səviyyəyə çatdıracaq. Həmçinin FED balansında olan aktivlərin həcmi hazırkı 8,9 trilyon dollardan 2023-cü ilin sonunadək 2 trilyon dollar azaldacaq".

Hesabata görə, ABŞ-da 10 illik dövlət istiqrazlarının karlılıq dərəcəsi bu ilin sonunda 3,3 faizədək artacaq. Ölkənin fond birjalarında 2023-cü ilin yayınadək 20 faizlik azalma da gözlənilir.

Son xəbərlər

Orphus sistemi