ABA-nın icraçı direktoru Dünya Bankının missiyasını qəbul edib

ABA-nın icraçı direktoru Dünya Bankının missiyasını qəbul edib Missiyanın üzvləri problemli korporativ kreditlərin həlli mexanizmi ilə bağlı təkliflər səsləndiriblər
Maliyyə
23 İyun , 2017 21:34
ABA-nın icraçı direktoru Dünya Bankının missiyasını qəbul edib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və ABA-nın “Kredit işi və Risk üzrə” Ekspert Qrupunun sədri Tariyel İsmailov Dünya Bankının “2-ci Maliyyə Sektorunun Modernizasiyası Layihəsi” üzrə Missiyasının qəbul edib.

Assosiasiyadan "Report"a verilən məlumata görə, missiyanın üzvləri Dünya Bankının Problemli Kreditlərin həlli üzrə Eksperti Fernando Dankausa və “İnsolvency” üzrə məsləhətçi Qordon Conson problemli korporativ kreditlərin həlli mexanizmi ilə bağlı təkliflərini səsləndiriblər.

Görüşdə təkliflər ətrafında fikir mübadiləsi apardıqdan sonra bu məsələnin bütün əlaqədar tərəflər, eləcə də “Kredit işi və Risk üzrə” Ekspert Qrupu ilə birlikdə müzakirəyə çıxarılmasına qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi