Tam peyvənd olunmayan idmançılar Pekində 21 gün karantində qalacaq

Tam peyvənd olunmayan idmançılar Pekində 21 gün karantində qalacaq 2022-ci ldə keçiriləcək Pekin Qış Olimpiya Oyunlarına gedəcək idmançılar ölkəyə daxil olmadan ən azı 14 gün əvvəl yeni koronavirus infeksiyasına qarşı tam vaksinasiya olmalıdırlar. Əks halda idmançılar 21 gün karantində qalmalı olacaqlar.
Komanda
26 Oktyabr , 2021 07:42
Tam peyvənd olunmayan idmançılar Pekində 21 gün karantində qalacaq

2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya Oyunlarına gedəcək idmançılar ölkəyə daxil olmadan ən azı 14 gün əvvəl yeni koronavirus infeksiyasına qarşı tam vaksinasiya olmalıdırlar. Əks halda idmançılar 21 gün karantində qalmalı olacaqlar.

“Report” xəbər verir ki, müvafiq tələb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında dərc edilmiş Pekində sanitar qaydalarının ilkin variantında göstərilib.

Qaydalarda göstərilir ki, tibbi səbəblərə görə peyvənd olunmayan idmançılar və nümayəndə heyətlərinin üzvləri üçün istisnalar edilə bilər.

Oyunların iştirakçıları öncə ölkələrində, daha sonra Pekin hava limanında koronavirus testi verəcəklər. Bundan başqa hər gün idmançılar və nümayəndə heyətlərinin üzvlərindən analiz nümunələri götürüləcək.

Olimpiadaya yola düşməzdən 14 gün əvvəl sağlamlığınızın izlənilməsi üçün nəzərdə tutulan “My 2022” tətbiqini yükləməli və lazımi məlumatları ora daxil etməlisiniz. Qaydalarda göstərilməyən obyektlərdə olmaq isə qadağandır.

Son xəbərlər

Orphus sistemi