​Şahmatçılarımız Ümumdünya intellektual oyunlarında iştirak edəcək

Komanda
  • 11 dekabr, 2014
  • 04:42
​Şahmatçılarımız Ümumdünya intellektual oyunlarında iştirak edəcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Çinin paytaxtı Pekin şəhərində kişilər və qadınlar arasında şahmat üzrə ümumdünya intellektual oyunları start götürəcək.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçılarının (A.Qrişuk, Y.Nepomnyaşiy, (Rusiya), Van Xao, Van Yue ( Çin), V.İvancuk, R. Ponomaryov ( Ukrayna), L.Аronyan (Ermənistan), L.Dominges (Kuba), М.Vaşıe-Laqrav, E.Bakrot (Fransa), B.Gelfand (İsrail), P.Leko (Macarıstan),R.Voytajek (Polşa), H.K.Pentala (Hindistan) iştirak etdiyi yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək.

Dekabrın 18-dək davam edən yarışda, əvvəlcə, dekabrın 11-12-də sürətli şahmat üzrə (isveçrə sistemi ilə 7 tur) turnir, sonra 13-15 dekabr tarixində blits turnir (2 dairədə) və nəhayət dekabrın 16-i və 17-də (isvecrə sistemi 5 tur) idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparacaqlar .