“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb Madrid məhkəməsi “El Confidencial” qəzetini “Real Madrid”in prezidenti Florentino Peresin danışıqlarının səs yazısını yaydığına görə ona 1 avro ödəməyə məcbur edib
Komanda
8 Oktyabr , 2022 03:44
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Madrid məhkəməsi “El Confidencial” qəzetini “Real Madrid”in prezidenti Florentino Peresin danışıqlarının səs yazısını yaydığına görə ona 1 avro ödəməyə məcbur edib.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məhkəmənin qərarına istinadən məlumat yayıb.

Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlanıb. “Real Madrid”in prezidenti bu işdə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək istəyib, qəzetdən məhkəmə vasitəsilə simvolik 1 avro tələb edib. Hakim hesab edib ki, qeydlər tamamilə kontekstdən çıxarılıb və Peresin şəxsi toxunulmazlıq hüququ pozulmasa da, qəzet məlumat almaq hüququnu pozub.

“Yayımların forma və məzmunu göstərir ki, onların məqsədi həmişə Florentino Peresi öz maraqlarını klubun hər hansı digər üzvündən üstün tutan yalançı, aldadıcı şəxs kimi təqdim edərək ictimai imicinə zərbə vurmaq olub. Bu, mahiyyət etibarilə, onun şərəf hüququna qanunsuz müdaxilədir”, – hökmdə deyilib.

Qeyd edək ki, F.Peresin 75 yaşı var. O, 2009-cu ildən “Real Madrid”in prezidentidir, daha əvvəl 2000-2006-cı illərdə bu vəzifədə olub. Onun rəhbərlik dövründə “Real Madrid” altı dəfə İspaniya Liqasının, altı dəfə Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının və iki dəfə Kral Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi