“NTD-İndiqo” klubunun baş məşqçisi: Minimum hədəf üçüncü yeri tutmaq idi

“NTD-İndiqo” klubunun baş məşqçisi: Minimum hədəf üçüncü yeri tutmaq idi Minimum hədəfimiz üçüncü yeri tutmaq idi.
Komanda
20 May , 2024 15:07
“NTD-İndiqo” klubunun baş məşqçisi: Minimum hədəf üçüncü yeri tutmaq idi

Minimum hədəf üçüncü yeri tutmaq idi.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Liqasında bürünc medal qazanan “NTD-İndiqo” klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

“Xırdalan” klubu ilə üçüncülük uğrunda mübarizədə qələbə qazanan Qusar təmsilçisinin çalışdırıcısı iddialarının daha yüksək olduğunu söyləyib: “İkinci oyunun daha çətin keçəcəyini bilirdim. Çünki ilk matçda rəqibin iki əsas basketbolçusu texniki fol aldıqları üçün oynaya bilmirdilər. Ona görə də ilk oyun bizim üçün nisbətən daha yaxşı keçdi. “Xırdalan” çox yaxşı komandadır. Yarımfinala çıxmaqla iddialı olduqlarını göstərdilər. İddiaımız daha yüksək idi. Amma alınmadı”.

Baxşıyev müəyyən çətinliklər üzündən çempionluq uğrunda oynaya bilmədiklərini deyib: “Zədəlilərimiz oldu, bəzi basketbolçularımızın oyunu alınmadı. Murad Babayev komandadan ayrıldı. Əkbər Məmmədov oyunlara zədəli halda çıxırdı. Belə matçlarda həmişə komandama deyirəm ki, kim çaha çox istəkli olursa, onlar qələbə qazanır. Deməli, bu gün finalda kim oynayırsa, onlar daha istəkli olublar. Elə layiq olan komadalar da finaldadır”.

Mütəxəssis heyətdə dəyişiklilklər nəzərdə tutulduğunu vurğulayıb: “Mövsüm yeni bitib. Hazırda basketbolla bağlı o qədər də çox fikirləşmirik. 5-6 gün istirahətə ehtiyacımız var. İyunun əvvəlindən bu haqda düşünməyə başlayacağıq. U-16, U-18, U-20 millilərimiz Avropa yarışlarında iştirak edəcəklər. Diqqətimizi oraya yönəldəcəyik. Bununla yanaşı, “NTD-İndiqo”nun heyəti ilə bağlı da fikirləşəcəyik. Kimlərlə davam edib-etməyəcəyimizə qərar verəcəyik. İstənilən halda dəyişikliklər nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi