“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”

Komanda
  • 22 dekabr, 2023
  • 08:53
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”

“Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”.

"Report" xəbər verir ki, bunu “Neftçi”nin kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Pərviz Səmədov “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Yüksək Liqasının VII turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis yalnız ikinci seti zəif keçirdiklərini bildirib. O, komandasının getdikcə daha yaxşı forma yığdığını düşünür: “Görüşə yaxşı hazırlaşmışdıq. İstədiyimi oyunçularımdan ala bildim. Komandamda ikinci setdə eniş yaşandı. Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq. Mövsümün əvvəlindən kollektivə güvənirdim. Sadəcə, voleybolçular bir-birilərinə tam uyğunlaşmamışdılar. Hazırda isə yüksəlişdəyik. Ümid edirəm ki, mövsümü birinci bitirərik”.

Qeyd edək ki, “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti