Mərhələ adlamaq üçün əlimizdən gələni etdik.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi Avropa Kubokunun III mərhələsində İslandiya təmsilçisi “Haukar” ilə cavab oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis 28:37 hesablı məğlubiyyəti şərh edib:
"Hər iki oyunda sonadək müzakirə apardıq. Rəqib çox güclü idi. Dünənki oyunla müqayisədə bu gün nisbətən zəif oynadıq. Həmçinin bütün oyunçulara şans verdik. Azarkeşlərə, federasiyaya, sponsorlara təşəkkür edirəm. İnşallah, növbəti mövsüm daha yaxşı çıxış edərik".
Qeyd edək ki, komandalar arasında ötən gün baş tutan ilk oyun "Haukar"ın 30:25 hesablı qələbəsi ilə bitib.