Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB

Komanda
  • 19 noyabr, 2025
  • 21:02
Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report" xəbər verir ki, yığma finalda Türkiyəyə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Azərbaycan millisi yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.

Qeyd edək ki, yığma çempionluq titulunu qoruyub. Komanda 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə ardıcıl üçüncü dəfə zirvəyə yüksəlib.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Report" xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.

Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran - Türkiyə görüşünün qalibi olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti