Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” vahid liderliyə yüksəlib
- 27 noyabr, 2023
- 13:58
Həndbol üzrə Azərbaycan çempionatında III turun oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından “Report”a verilən məlumata görə, kişilərin yarışında “İdman Akademiyası” - “Azəryol” görüşü ikincilərin 45:36 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bakı” autsayder “Dinamo” önündə büdrəməyib - 46:21.
Şərikli iderlər “Kür” və “Qarabağ” komandaları bu turda üz-üzə gəliblər. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mərkəzi matçda 27:20 hesabı ilə qələbə qazanan “Kür” vahid liderliyə yüksəlib.
| Yer | Komanda | O | Q | H | M | T/F | X |
| 1 | “Kür” | 3 | 3 | 0 | 0 | 127-57 | 6 |
| 2 | “Bakı” | 2 | 2 | 0 | 0 | 83-37 | 4 |
| 3 | “Qarabağ” | 3 | 2 | 0 | 1 | 83-73 | 4 |
| 4 | “Azəryol” | 2 | 1 | 0 | 1 | 67-61 | 2 |
| 5 | “İdman Akademiyası” | 3 | 1 | 0 | 2 | 96-104 | 2 |
| 6 | “Təhsil” | 2 | 0 | 0 | 2 | 33-87 | 0 |
| 7 | “Dinamo” | 3 | 0 | 0 | 3 | 62-132 | 0 |
Qadınların mübarizəsində də “Kür” turu qalibiyyətlə başa vurub. Mingəçevirdə “Bakı”nı qəbul edən komanda rəqibə heç bir şans verməyib - 48:8. Digər qarşılaşmada isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlubiyyətə uğradıb.
| Yer | Komanda | O | Q | H | M | T/F | X |
| 1 | “Azəryol” | 3 | 2 | 0 | 1 | 135-60 | 4 |
| 2 | “Kür” | 3 | 2 | 0 | 1 | 110-45 | 4 |
| 3 | “Qarabağ” | 2 | 2 | 0 | 0 | 55-50 | 4 |
| 4 | “Bakı” | 3 | 1 | 0 | 2 | 54-94 | 2 |
| 5 | “İdman Akadem.” | 3 | 1 | 0 | 2 | 66-101 | 2 |
| 6 | “Gənclər Birliyi” | 2 | 0 | 0 | 2 | 22-92 | 0 |