Emin Əmrullayev: "İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək"

Emin Əmrullayev: "İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək" İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək. “Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib. Azərbaycan Baketbol Liqasının finalında üz-üzə gələn “Sabah” və “Xəzri” koma
Komanda
24 May , 2024 22:17
Emin Əmrullayev: İnanırıq ki, Sabah Avropada da Azərbaycanı layiqincə təmsil edəcək

İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

Azərbaycan Baketbol Liqasının finalında üz-üzə gələn “Sabah” və “Xəzri” komandalarının oyununu izləyən qurum rəhbəri görüşlə bağlı təəssuratlarını bildirib:

"Gərgin və maraqlı oyuna şahidlik etdik. Düşünürəm ki, ildən-ilə Azərbaycanda Basketbola maraq artmaqdadır və hər il çempionluq yarışında gərgin mübarizə gedir. Bu gün qalib olan "Sabah" komandasını təbrik edirik. İnanırıq ki, Avropada da ölkəmizi layiqincə təmsil edəcəklər".

Təhsil naziri Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanan Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi barədə də danışıb: "Olimpiadaya vəsiqə qazanmaq özü bir uğurdur. İnşallah, bu nailiyyətlərin davam gələr. Yığmamız üçün bu böyük təcrübə olacaq. Orada yer alan rəqibləri özünüz bilirsiniz. Mən də hər kəs kimi komandamıza azarkeşlik edəcəyəm".

E.Əmrullayev Azərbaycan Basketbol Liqasında komanda sayının artırıla biləcəyini söyləyib: "Müəyyən planlar var ki, yaxın vaxtlarda komanda sayını artıraq. Ya 10 komanda olacaq, ya da 12".

Son xəbərlər

Orphus sistemi