Ədliyyə Nazirliyinin komandasının baş məşqçisi: "Əzmkarlıq, döyüşkənlik göstərdik"

Komanda
  • 06 may, 2025
  • 18:39
Ədliyyə Nazirliyinin komandasının baş məşqçisi: Əzmkarlıq, döyüşkənlik göstərdik

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında minifutbol turnirinin qalibi olan Ədliyyə Nazirliyinin komandasının baş məşqçisi Nofəl Əsədov çempionluğu dəyərləndirib.

"Report" xəbər verir ki, o, çətin oyun keçdiyini bildirib.

Baş məşqçi əzmkarlıq göstərdiklərini vurğulayıb:

"Artıq iki ildir bu turnirin qalibi oluruq. Yaxşı hazırlaşmışdıq. Ağır oyun keçdi. Amma qalib olmağı bacardıq. Əzmkarlıq, döyüşkənlik göstərdik. Komandamı təbrik edirəm. Media nümayəndələrinə, tamaşaçılara, yarışın təşkilatçılarına dəstəyə görə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, yarışın final matçında Ədliyyə Nazirliyinin komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti