Baş katib: "Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi"

Baş katib: "Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi" Superkubok matçı digər oyunlarından daha ağır keçdi.
Komanda
6 Yanvar , 2025 14:47
Baş katib: Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi
Bəhruz Nəbiyev

Superkubok matçı digər oyunlardan daha ağır keçdi.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev çövkən üzrə Superkubok oyunu barədə danışarkən deyib.

ARAF rəsmisi "Sərhədçi" və "Elit" komandaları arasında keçirilmiş həlledici qarşılaşma haqqında danışıb:

"Azərbaycan milli idman mədəniyyətinin gözəl nümunəsi olan çövkən oyunu ilə bağlı bu cür əhəmiyyətli tədbirlər hər zaman maraqla izlənilir. Final matçı gərgin və maraqlı keçib, komandalar arasında rəqabət yüksək səviyyədə olub. Təbii ki, Superkubok oyunu digərlərindən daha ağır idi. Çünki onlar fərqli liqa və turnirin qalibləridir. Hər iki kollektiv ən yüksək səviyyədə müdafiə olundu və əks-hücumlara çıxdılar. Nəticədə "Elit"in müdafiəsində yaranan cüzi boşluqdan yararlanaraq "Sərhədçi" kollektivi 1:0 hesablı üstünlük əldə etdi və qalib gələrək Superkubokun sahibi oldu. Hər ikisi çox yaxşı oyun göstərdi. Əlbəttə, Superkubok uğrunda keçirilən çövkən yarışına vəsiqə qazanmaq elə böyük bir naliyyətdir. Buna görə də hər iki komandanı təbrik edirəm".

Baş katib klubların beynəlxalq oyunlara qatılmaq ehtimalı barədə də fikirlərini bölüşüb:

"Bu kollektivilərin beynəlxalq arenada iştirakı əhəmiyyətli bir addım olar. Lakin beynəlxalq yarışlarda hələlik yalnız Azərbaycan millisi iştirak edir".

Beynəlxalq Çövkən Federasiyasının (ICF) prezidenti olan Bəhruz Nəbiyev bu il ərzində çövkən üzrə ölkə daxilində beynəlxalq yarışların keçirilməsinin planlaşdırılmadığını söyləyib:

"Bu il Beynəlxalq Çövkən Federasiyasının kontinental oyunları keçiriləcək. Hanısı ki, bunlardan biri Avropa çempionatıdır. Çempionat sentyabr ayı üçün nəzərdə tutulub və dəqiq vaxt hələ ki müəyyənləşməyib. Nəzərinizə çatdırım ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə dünya çempionatları 2 ildən bir olmaqla cüt illərdə, kontinental çempionatlar isə tək illərdə baş tutur. Sonuncu assambleyada növbəti, yəni 2026-cı ildə keçiriləcək dünya çempionatının da Bakıda baş tutacağı ilə bağlı qərar qəbul edilib".

Qeyd edək ki, “Sərhədçi” Peşəkar Çövkən Liqasının, "Elit" isə Prezident Kubokunun qalibi kimi Superkubok matçında iştirak edib.

Son xəbərlər

Orphus sistemi