Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq” “Hələlik ictimaiyyətə açıqlamaq istəmədiyimiz bir plan barədə fikirləşirik. Əgər baş tutsa, Azərbaycanda 15-18 komandanın iştirakı ilə daha maraqlı voleybol çempionatının şahidi olacağıq”.
Komanda
25 oktyabr 2022 10:58
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

“Hələlik ictimaiyyətə açıqlamaq istəmədiyimiz bir plan barədə fikirləşirik. Əgər baş tutsa, Azərbaycanda 15-18 komandanın iştirakı ilə daha maraqlı voleybol çempionatının şahidi olacağıq”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov ölkə çempionatında komandaların sayının artırılması ilə bağlı danışarkən deyib.

Baş katib qeyd edib ki, bu mövsüm Yüksək Liqada, çox güman ki, 4 kişi və eyni sayda qadın komandası olacaq: “Növbəti mövsümlə bağlı bir neçə maraqlı ideya var. İnanırıq ki, həmin dəyişikliklər çempionata rəng qatacaq. Komanda sayı 10-dan çox olacaq. Buraya gəncləri də cəlb edəcəyik. Onlar təcrübəli oyunçularla birlikdə oynayacaqlar ki, bu da inkişafa müsbət təsir göstərəcək”.

Bir çox ölkələrdə futbol klublarının voleybol komandalarının da fəaliyyət göstərməsi ilə bağlı suala cavab verən federasiya rəsmisi bildirib ki, bu istiqamətdə ilk addımlar atılıb: “Bildiyiniz kimi, “Sabah” klubunun basketbol komandası da yaradılıb. Biz digər klublardan da bu addımı görmək istəyirik. Hansısa klub voleybol komandası yaratmaq istəsə, bu ideyaya dəstək olacağıq. Bu, tək bizdən asılı olan məsələ deyil. Təşəbbüs qarşı tərəfdən gəlməlidir”.

Fərid Xəlilov hələlik bununla bağlı federasiyaya müraciət edən klub olmadığını vurğulayıb: “Ölkəmizdə o praktika olmayıb. Bu il “Sabah” basketbol komandasını yaratdı. Görürlər ki, nəticə verir və bu, artıq onlara maraqlı gəlir. Amma bunu inkişaf etdirmək üçün vaxt tələb olunacaq”.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi