Bakıda Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar FİDE rəsmiləri ilə görüş keçirilib

Bakıda Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar FİDE rəsmiləri ilə görüş keçirilib Görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib
Komanda
15 İyul , 2016 16:34
Bakıda Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar FİDE rəsmiləri ilə görüş keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Azərbaycan paytaxtında səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmiləri ilə görüşüb. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Crystal Hall"da baş tutan işçi qrupunun iclasına FİDE-nin vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev qatılıb. 

Görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləri ilə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib.  

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-14-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi