Azərbaycan millisinin voleybolçusu: İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi

Azərbaycan millisinin voleybolçusu: İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi.
Komanda
19 May , 2024 12:58
Azərbaycan millisinin voleybolçusu: İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi

İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi.

“Report” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu qadınlardan ibarət milli komandamızın üzvü Ülkər Kərimova deyib.

O, çıxış etdikləri Qızıl Avropa Liqasında ilk turun oyunları ilə bağlı danışıb: "Yarışa hazırlanmaq üçün az vaxtımız var idi. Buna baxmayaraq, əlimizdən gələni etdik. Qızıl Avropa Liqasına uğurlu start verdik və ilk matçda qələbə qazandıq. Baş məşqçimiz Faiq Qarayevin tapşırıqlarını düzgün yerinə yetirməklə Xorvatiyaya "quru" hesabla qalib gəldik. Lakin ikinci oyunda Slovakiyaya uduzduq. Düşünürəm ki, ilk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi. Həm də bizim öz səhvlərimiz istədiyimiz oyunu göstərməyə imkan vermədi. Rəqibə qarşı lazımi səviyyədə mübarizə apara bilmədik. Qarşıda daha dörd oyunumuz var. Həm Rumıniyada, həm də Bakıda oyunlarımız olacaq. Bu qarşılaşmalarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandamız bunu bacara biləcək gücdədir. İnanıram ki, sonrakı oyunlarda baş məşqçinin tapşırıqlarını yerinə yetirə biləcək və qələbələr qazanıb final mərhələsinə yüksələcəyik".

Qeyd edək ki, millimiz Qızıl Avropa Liqasının I turunun görüşləri çərçivəsində Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşdə isə Slovakiyaya məğlub olub - 1:3.

Son xəbərlər

Orphus sistemi