Azərbaycan yığmasının voleybolçusu "Fənərbağça"dakı hədəfini açıqlayıb

Azərbaycan yığmasının voleybolçusu "Fənərbağça"dakı hədəfini açıqlayıb "Uğurla çıxış etmək və kuboklar qazanmaq üçün nə lazımdırsa, edəcəyəm”
Komanda
6 İyun , 2017 15:03
Azərbaycan yığmasının voleybolçusu Fənərbağçadakı hədəfini açıqlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ “Fənərbağça" çox böyük klubdur. Bu ailənin, bu cameənin üzvü olduğum üçün çox xoşbəxt və həyəcanlıyam. Uğurla çıxış etmək və kuboklar qazanmaq üçün nə lazımdırsa, edəcəyəm”.

"Report"un məlumatına görə, bunu Türkiyə "Fənərbağça"sı ilə rəsmi müqavilə bağlayan Azərbaycan milli komandasının qadın voleybolçusu Polina Rəhimova klubun rəsmi saytına açıqlamasında deyib. 27 yaşlı oyunçu daha yaxşı səviyəyə çatmaq üçün səylə çalışacağını bildirib. O, "Fənərbağça"nın ən yaxşı komanda olduğunu vurğulayıb: "Komanda ilə birgə daha yüksək səviyyələrə çatmaq üçün çalışacağam. İnanıram ki, kollektiv səylər nəticəsində yeni-yeni kuboklar qazanacağıq".

Qeyd edək ki, Polina Rəhimova 1 illik müqaviləyə imza atıb. 

Son xəbərlər

Orphus sistemi