Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır
Komanda
- 29 aprel, 2022
- 10:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi mayın 20-də Kosovoda start götürəcək Avropa çempionatının II təsnifat mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək yarışın hazırlıq prosesinə 14 voleybolçu cəlb olunub. Toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.
Son xəbərlər
11:52
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Daxili siyasət
11:49
Çində 7,0 maqnitudalı zəlzələdə xəsarət alanların sayı 76-ya çatıb - Yenilənib-2
Digər ölkələr
11:46
Rizvan Nəbiyev: Regionda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir
Milli Məclis
11:46
Deputat: "Mobil nömrələrin təkrar dövriyyəsi ilə bağlı tələblər olmalıdır"
İKT
11:45
Xankəndidə Azərbaycan-BMT tərəfdaşlığına həsr olunan yüksək səviyyəli strateji dialoq keçirilir
Xarici siyasət
11:45
Hesablama Palatasının auditorunun vaxtı uzadılıb
Maliyyə
11:43
Avstriya dörd Rusiya diplomatını "persona non-grata" elan edib
Digər ölkələr
11:38
Deputat: Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir
Milli Məclis
11:37
Deputat: "Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb"
Maliyyə