Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq

Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq.
Komanda
31 Oktyabr , 2024 18:48
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq

Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq.

"Report" xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi İlqar Aslanov deyib.

Federasiyanın rəsmi saytına danışan mütəxəssis Avropa çempionatının ilkin mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:

“Rəqiblərimiz məlumdur. Bu gün asan rəqib yoxdur. Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq. Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlamağı xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Kosovo və San Marino ilə mübarizə aparacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. U-19 əsas mərhələyə yüksələrsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 25-30 martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi