Azərbaycan millisi EEVZA çempionatına 14 voleybolçu ilə hazırlaşır
Komanda
- 02 yanvar, 2024
- 11:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına hazırlaşır.
“Report”un məlumatına görə, komanda məşqlərini Azərbaycan Voleybol Federasiyasının idman zalında, həmçinin Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.
Təlim-məşq toplanışına 14 voleybolçu cəlb olunub.
Qeyd edək ki, EEVZA çempionatı 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq. Azərbaycan millisi AVRO-2024-ə seçmə xarakter daşıyan yarışa yanvarın 10-da yola düşəcək. Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda ilk oyununu yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.
Son xəbərlər
10:42
Foto
X Beynəlxalq Bank Forumu çərçivəsində iki memorandum imzalanıb
Maliyyə
10:35
"AzFina": Bank sektoru bizi hələ də özünə rəqib görür
Maliyyə
10:35
UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib
Futbol
10:34
Bahar Muradova: Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınların qərar qəbuletmə prosesində iştirakıdır
Sosial müdafiə
10:32
Foto
Pakistanlı astronavt Çinin "Tyanqun" stansiyasında ilk əcnəbi olacaq
Maraqlı
10:27
Qazaxıstan və Azərbaycan arasında internet trafiki 21 Tbit/s-ə çatdırılacaq
İKT
10:23
"Azər-Türk Bank" "atb friday" kampaniyasına start verdi
Maliyyə
10:23
Ramin Məmmədov: Dini biliklərin düzgün mənimsənilməsində qadınların fəallığı çox əhəmiyyətlidir
Din
10:22
Zakir Nuriyev: "Süni intellekt bankçılıqda dələduzluğun aşkarlanmasında geniş imkanlar yaradır"
Maliyyə