Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşib Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları baş tutub və yarımfinalçılar müəyyənləşib.
Komanda
23 Mart , 2023 21:41
Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşib

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları baş tutub və yarımfinalçılar müəyyənləşib.

“Report” xəbər verir ki, Sərhədçi İdman Mərkəzində keçirilən matçlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.

A qrupunda “Sabah” “AAAF Xırdalan”la qarşılaşıb. Görüş ikincilərin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində Kamran Məmmədov 14 xal, 6 ribaund, “AAAF Xırdalan”da isə Devin Pullum 25 xal, 7 assistlə fərqlənən basketbolçular olublar.

Qrupun digər matçında “Sərhədçi” – “Gəncə”dən üstün olub – 80:75.

“Sərhədçi”nin heyətində Trevor Blekmon (16 xal, 1 ribaund), “Gəncə”də isə Əkbər Məmmədov (20 xal, 25 ribaund) ən məhsuldar oyunçular olublar.

Bu nəticələrdən sonra A qrupunda “Gəncə” və “AAAF Xırdalan” qrupu hərəyə 5 xalla tamamlayıblar. “Gəncə” birinci, “AAAF Xırdalan” isə ikinci yerlə yarımfinala yüksəlib.

B qrupunda NTD “Zirvə Astara”nı çətinliklə məğlub edib - 104:103.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Londel Kinq (19 xal, 15 ribaund), “Zirvə Astara”da isə Ruşard Kruikşenk (51 xal, 9 ribaund) olublar.

B qrupunun digər qarşılaşmasında “Neftçi” – “Olimpik Şəki”yə şans verməyib - 100:74.

Matçın ən məhsuldar basketbolçuları kimi “Neftçi”də Zaur Quşanov (19 xal, 3 assist), “Olimpik Şəki”də Larri Robinson (24 xal, 7 assist) fərqləniblər.

B qrupunda hər üç oyununda qalib gələn NTD 6 xalla birinci, “Neftçi” isə 5 xala ikinci yeri tutub. Bu komandalar da yarımfinalda mübarizəni davam etdirəcəklər.

“Gəncə” – “Neftçi” və NTD – “AAAF Xırdalan” yarımfinal matçları martın 25-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi