Cüdoçularımız MDB Oyunlarının ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıb - YENİLƏNİB - 2

Cüdoçularımız MDB Oyunlarının ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıb - YENİLƏNİB - 2 Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.
Komanda
5 Avqust , 2023 23:20
Cüdoçularımız MDB Oyunlarının ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıb - YENİLƏNİB - 2

Azərbaycan cüdoçuları Belarusun ev sahibliyi etdiyi II MDB Oyunlarında 3 qızıl və 2 bürünc medal əldə edib.

"Report"un məlumatına görə, yarışın ilk günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsində 16 idmançı medallar uğrunda mübarizə aparıb.

Oğlanlardan Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq) və Cəsur İbadlı (66 kq) bütün görüşlərində qalib gəliblər.

Qızlar arasında isə Xədicə Abdullayeva (40 kq) və Aytən Verdiyeva (52 kq) 3-cü yeri tutublar.

19:47

Azərbaycan komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalı qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən cüdoçu Ayxan Mirzəzadə qızıl medal əldə edib.

18:51

Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.

"Report"un məlumatına görə, cüdoçu Nihad Məmişov (50 kq) qızıl medal əldə edib.

Qadın cüdoçu Xədicə Abdullayeva (40 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl bədii gimnastika üzrə gənclərdən ibarət yığma bürünc medal qazanıb

Son xəbərlər

Orphus sistemi