Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Komanda
- 30 iyun, 2025
- 11:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın voleybolçulardan ibarət "Gəncə" komandası yeni baş məşqçisini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda braziliyalı mütəxəssis Rafael Petri ilə 1 mövsümlük müqavilə imzalayıb.
44 yaşlı baş məşqçi 2023/2024 mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub.
Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.
O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020–2022-ci illərdə isə Meksika yığmasının baş məşqçisi vəzifəsində çalışıb.
Son xəbərlər
16:55
Azərbaycan Premyer Liqası: IX turun açılış oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol
16:54
Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Digər ölkələr
16:53
Təhsildə Keyfiyyət Təminatı Agentliyində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib
Maliyyə
16:53
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Maliyyə
16:50
Foto
AMB CAREC çərçivəsində lokal valyutalarda istiqraz bazarını müzakirə edib
Maliyyə
16:50
İordaniyada kilsədə atışma zamanı yeddi nəfər ölüb
Digər ölkələr
16:50
Foto
XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə 50-dən çox tədbir keçirilib
Mədəniyyət
16:45
Foto
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb
Daxili siyasət
16:43
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi məğlub olub
Komanda