Azərbaycan həndbol millisinin AVRO-2024-ün seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan həndbol millisinin AVRO-2024-ün seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Litva ilə keçirəcəyi oyunların təyinatları açıqlanıb.
Komanda
27 fevral 2024 06:20
Azərbaycan həndbol millisinin AVRO-2024-ün seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi oyunlara təyinatları açıqlanıb.

“Report”un Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadən məlumatına görə, fevralın 28-də V qrupun III turu çərçivəsində təşkil olunacaq görüşü moldovalı hakimlər idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada ədaləti Dorian Sirbu və Viktor Serdyuk qoruyacaqlar. Saat 17:00-da başlayacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.

Bu komandaların IV turda Vilnüsdəki duelini isə Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. Martın 3-də "Avia Solyuşens Qrup Arena"da baş tutacaq oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.

Qeyd edək ki, hər iki komanda ilk iki turda İspaniya və Şimali Makedoniyaya məğlub olub.

Son xəbərlər

Orphus sistemi