Azərbaycan gimnastları Avropa çempionatında gümüş medal qazanıblar

Komanda
  • 18 oktyabr, 2023
  • 17:22
Azərbaycan gimnastları Avropa çempionatında gümüş medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

"Report"un məlumatına görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anaita Bəşiridən ibarət qadın qrupu (gənclər) gümüş medal qazanıb.

Qeyd edək ki, yarış oktyabrın 22-də başa çatacaq.