Azərbaycan boksçusu beynəlxalq turnirdə erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu beynəlxalq turnirdə erməni rəqibini məğlub edib Elvin İsayev Samvel Barseqyana heç bir şans verməyib
Komanda
1 Mart , 2015 13:50
Azərbaycan boksçusu beynəlxalq turnirdə erməni rəqibini məğlub edib

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 28-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 66-cı "Strandja" beynəlxalq turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, finalda milli komandamızın 3 üzvü – Elvin İsayev, Lorenzo Sotomayor və Yelena Vıstropova mübarizə aparıb.

60 kq çəki dərəcəsində döyüşən Elvin İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla qarşılaşıb. İdmançımız erməni rəqibni 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) isə finalda özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılaşıb və meydanı 3:0 hesabı ilə məğlub tərk edib.

Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Turnirdə birinci və üçüncü yerlər Özbəkistan və Bolqarıstan millilərinə nəsib olub.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi