Azərbaycan Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb.
"Report" xəbər verir ki, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv oğlanlar arasında keçirilən komanda yarışlarında bürünc mükafata sahib çıxıb.
Yığma 10 metr məsafəyə güllə atma yarışında fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 3-cü yeri tutublar.