Avstraliyanın su polosu millisinin beş üzvünün koronavirus testi müsbət çıxıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Fransaya yollanan nümayəndə heyətinin rəhbəri Anna Mirs açıqlayıb.
O, koronavirusun komandaya təsir etdiyini və maskalardan yararlandıqlarını vurğulayıb.
Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına iyulun 26-da start veriləcək.