Xudayar Həsənli: "Bakı limanında konteyner terminalının tikinti layihəsi ekspertizaya verilib" - EKSKLÜZİV

Xudayar Həsənli: "Bakı limanında konteyner terminalının tikinti layihəsi ekspertizaya verilib" - EKSKLÜZİV Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner terminalının tikintisi ilə bağlı layihə ekspertizya verilib.
İnfrastruktur
5 İyun , 2024 19:07
Xudayar Həsənli: Bakı limanında konteyner terminalının tikinti layihəsi ekspertizaya verilib - EKSKLÜZİV

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner terminalının tikintisi ilə bağlı layihə ekspertizya verilib.

Bunu "Report"a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

O bildirib ki, tezliklə konteyner terminalının tikintisinə başlanılacaq: "Bu terminal Bakı limanı ilə Gürcüstan limanları arasında müəyyən olunmuş dövrlərdə konteyner daşınmasına imkan yaradacaq. Həmçinin konteynerlərin sayının artmasına da kömək edəcək. Daşıyıcılar da artıq yüklərinin çıxacağı zamanı biləcək. Bakı limanı ilə Poti limanı arasında reallaşacaq bu layihə beynəlxalq daşıyıcılar üçün zaman baxımından çox önəmlidir".

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

Son xəbərlər

Orphus sistemi