Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb

Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşları tərəfindən Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb.
İnfrastruktur
29 May , 2024 20:07
Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşları tərəfindən Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, ərazidə xoş görünüş yaratmayan qamışlıq sahələri mövcud idi, həmçinin qamışlıqda yaranan ziyanverici həşəratlar bura gələn vətəndaşların istirahətinə mane olurdu.

Vətəndaşların istirahətinə mane olan bu kimi halların aradan qaldırılması məqsədilə bugün 12 hektarlıq ərazi tullantılardan, alaq otlarından və qamışlıqdan təmizlənib. Ərazidə zərərverici həşəratların və sürfələrinin məhv olması üçün kimyəvi pereparatlar istifadə edilərək dərmanlama işləri aparılıb.

Qeyd edək ki, bu tədbirlər il ərzində davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi