“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib

“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib ​​​​​​​İstismara veriləndən bu ilin noyabrın 1-nə kimi Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib
İnfrastruktur
24 Noyabr , 2022 17:04
“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib

İstismara veriləndən bu ilin noyabrın 1-nə kimi Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.

Məlumata görə, hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.

Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.

İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.

Son xəbərlər

Orphus sistemi