Taleh Ziyadov: "Bakı Limanının bugünki inkişafının təməlini Heydər Əliyev qoyub"

Taleh Ziyadov: "Bakı Limanının bugünki inkişafının təməlini Heydər Əliyev qoyub" Bu gün Bakı Limanı beynəlxalq səviyyəli liman hesab edilirsə, bu inkişafın təməlini Ulu Öndər Heydər Əliyev qoyub.
İnfrastruktur
5 May , 2023 16:53
Taleh Ziyadov: Bakı Limanının bugünki inkişafının təməlini Heydər Əliyev qoyub
Taleh Ziyadov

Bu gün Bakı Limanı beynəlxalq səviyyəli liman hesab edilirsə, bu inkişafın təməlini Ulu Öndər Heydər Əliyev qoyub.

"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin sədri Taleh Ziyadov "Heydər Əliyev irsi: Bakı Limanının inkişaf dövrü" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, H.Əliyevin 1969-cu ildən etibarən nəinki Bakı Limanına, bütövlükdə nəqliyyat sahəsinə göstərdiyi qayğı nəticəsində limanın hansı inkişaf mərhələlərini keçdiyini görmək mümkündür.

"Bu il ölkədə "Heydər Əliyev İli"dir, silsilə tədbirlər keçirilir. Bakı Limanı olaraq biz də bir çox tədbirlər keçiririk. Ötən həftə əməkdaşlarımız Heydər Əliyev zirvəsinə çıxıb. Bundan sonra da bir çox tədbirlər keçiriləcək", - deyə sədr qeyd edib.

Tədbirdə Bakı Limanı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin təqdim etdiyi unikal fotolardan ibarət xüsusi sərgi, eləcə də Heydər Əliyev irsini tarixi faktlarla işıqlandıran xüsusi videoçarx nümayiş etdirilib. Qeyd edilib ki, H.Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci, eləcə də 1993-2003-cü illərdə Bakı Limanı əhəmiyyətli dərəcədə inkişaf dövrünü yaşayıb və müasirləşib. O, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Bakı Limanının yenidən qurulmasının, 52 il əvvəl Bakıda Dəniz Vağzalı Terminalının tikintisinin təşəbbüskarı, limanın infrastrukturun inkişafının, bir sıra gələcək yönümlü mühüm layihələrin memarı olub.

Məhz H.Əliyevin rəhbərliyi dövründə Bakı Limanı öz intibah dövrünü yaşayıb, limanda müasir avadanlıqlar quraşdırılıb, müasir standartlara cavab verən liman terminalları və qurğuları inşa edilib, ərazidə yük dövriyyəsi, sərnişin daşıması əhəmiyyətli dərəcədə artıb. Onun strateji baxışı sayəsində Azərbaycan Xəzər dənizi hövzəsində və qlobal səviyyədə Avrasiya məkanında mühüm təsirə malik logistika mərkəzi kimi formalaşıb. Ölkəmiz regionda nəqliyyat qovşaqları və beynəlxalq nəqliyyat dəhlizləri üçün mühüm tranzit nöqtəsidir. Bakı Limanı da bu istiqamətdə Azərbaycanın artan iqtisadi və strateji əhəmiyyətinə öz töhfəsini verir.

Son xəbərlər

Orphus sistemi